Kristiano Ronaldonun Kilian Mbappenin paylaşımına yazdığı şərh İnstaqram tarixinin ən çox bəyənilən şərhi olub.

Offsideplus.az xəbər verir ki, şərhin bəyənilmə sayı 4 milyona çatmaq üzrədir. 

"Mənim üçün izləmək zamanı çatıb. "Bernabeu"nu aydınlatmağını görməyə səbirsizlənirəm", deyə Kristiano yazıb.

Qeyd edək ki, Kilian Mbappe "Real Madrid" ilə 5 illik müqavilə imzalayıb.