"Əl Nəsr" klubu və Seneqal millisinin üzvü Sadio Mane ailə həyatı qurub. 

Offsideplus.az xəbər verir ki, "Sabah" klubunda çıxış etmiş Abdulaye Ba sabiq milli komanda yoldaşına təbrik ünvanlayıb. Oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

 Qeyd edək ki, Abdulaye Ba 2022-2023 mövsümündə "Sabah"ın formasını geyinib. Oyunçu karyerası ərzində "Portu", "Fənərbağça", "Rayo Valyekano" klublarında çıxış edib.