Ötən gecə Çempionlar Liqasında Liqa mərhələsinin son turunun matçları keçirildi.
Offsideplus.az xəbər verir ki, görüşlərdən sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Bunlar, PSJ-dən Dembele, "Atletiko"dan Antuan Qrizmann, "Aston Villa"dan Morqan Rocers və "İnter"dən Lautaro Martinezdir.
Qeyd edək ki, UEFA-nın saytı vasitəsi ilə səsvermə keçiriləcək və qalib müəyyən olunacaq.