Argentina mətbuatı "Qalatasaray"ın ulduzu Mauro İkardinin xəstəliyi ilə bağlı məlumat yayıb. 

Offsideplus.az xəbər verir ki, 30 yaşlı hücumçunun osmofobiyası var. Belə ki, İkardi qoxulardan qorxur və ya qoxulara qarşı yüksək həssaslığa sahibdir. 

Qeyd edək ki, cari mövsüm "Cim-Bom" ilə 27 oyuna çıxan Mauro İkardi, 17 qol və 6 assistə imza atıb. Oyunçunun klubla müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.