"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haalandın davranışı etirazlara səbəb olub.
Offsideplus.az xəbər verir ki, Norveçin Şotlandiyaya 1-2 hesabı ilə uduzduğu oyundan sonra “Mançester Yunayted” fanatı Haalandla foto çəkdirmək istəyib.
Bu zaman futbolçu azarkeşin formasındakı “Mançester Yunayted”in loqosunu əli ilə bağlayıb. Ardınca Haaland ona "Özünə yeni forma al!", - deyərək zarafat edib.