"Qalatasaray"ın futbolçusu Mauro İkardi ötən həftə Vanda Nara ilə münasibətlərinə aydınlıq gətirmək üçün Argentinaya yollanmışdı.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Türkiyəyə qayıdarkən "Xoşbəxt qayıdıram", deyə paylaşım etsə də, cütlük arasındakı durum gərgin olaraq qalır. Belə ki, Argentinaya xəbərsiz yollanan Mauronun bu hərəkəti Vandanı əsəbiləşdirib. Aralarında baş tutan görüş zamanı ikilinin mübahisə etdiyi bildirilir.
Xatırladaq ki, Vanda Nara bir müddət öncə argentinalı futbolçu ilə ayrıldıqlarını bildirmişdi.