Maurro İkardinin meneceri və həyat yoldaşı Vanda Nara sosial şəbəkə hesabında paylaşım edərək argentinalı ulduzdan ayrıldığını açıqlayıb.

Offsideplus.az "TyC Sports"a istinadən xəbər verir ki, cütlüyün ayrılığında maraqlı detal üzə çıxıb. Belə ki, tərəflər arasında əldə edilən razılaşmaya görə, İkardinin mənzilləri daxil olmaqla bütün sərvəti, indi və gələcəkdə imzalayacağı bütün müqavilələrin haqları 2050-ci ilə qədər Vanda Naraya keçib.

Qeyd edək ki, hazırda "Qalatasaray" forması geyinən İkardi 2021-ci ilin son aylarında Vanda Naraya xəyanət etmiş, bu olayın ardınca isə Nara həyat yoldaşından ayrıldığını bildirmişdi. Bir müddət sonra İkardi sosial şəbəkə hesablarından üzr istəmiş və cütlük bir araya gəlmişdilər.