12 ildən sonra "Mançester Yunayted"ə qayıdan Kriştiano Ronaldo İtaliyadakı lüks həyatını da özüylə İngiltərəyə gətirir.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu Turin şəhərindəki 5.5 milyon funt sterlinqlik yaxtasını Mançesterə gətirəcək. Portuqaliyal ulduz buna qədər vaxtını saatına 230 funt verməklə İngiltərədə kirayələdiyi yaxtada keçirəcək.

Kriştiano həmçinin Turindəki malikanəsini İngiltərədə başqa bir mülklə dəyişdirmək fikrindədir. Futbolçu Alderley Ec kəndini bunun üçün əlverişli məkan hesab edir.

Ronaldo İngiltərədə 9500 kvadrat metr əraziyə malik olan 6.5 milyon funtluq villanı da gözaltı edib.

Onun sevgilisi Corcina Rodriqes də öz növbəsində İngiltərədəki lüks həyatdan zövq almaq istədiyini bildirib.

362

ütüt2

123