Portuqaliya millisinin və "Yuventus"un ulduzu Kriştiano Ronaldo ölkəsində problemlə üzləşib.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu bu yaxınlarda Lissabonda 6 milyon avroya aldığı lüks villa ilə diqqətləri çəkmişdi. Çox keçməmiş, Kriştiano bu villasının üzərinə dam inşa etdirib. Ancaq bu dam üçün rəsmi icazə alınmayıb. Portuqaliya mətbuatında yer alan xəbərlərə görə, futbolçunun bu səbəbdən "başı dərdə girib". Belə ki, sözügedən ölkənin aidiyyatı qurumları məsələ ilə bağlı hərəkətə keçib.
Ronaldonun bu damı sökmək və ya rəsmi icazə alıb sənədləşdirmək üçün cəmi 15 gün vaxtı var. Digər tərəfdən tikintinin memarı Joze Mateus "qaçaq dam" məsələsindən narahat olduğunu və Kriştianoya olan güvənini itirdiyini dilə gətirib.
Həmin evin fotolarını təqdim edirik: