Futbol üzrə milli komandamızın və Polşanın “Visla” (Plok) klubunun müdafiəçisi Anton Krivotsyuk ata olub.

Offsideplus.az xəbər verir ki, o, bu barədə “İnstaqram” hesabında paylaşım edib.

22 yaşlı futbolçu yeni doğulan övladı ilə fotosunu paylaşaraq həyat yoldaşına təşəkkür ünvanlayıb: “Sənə təşəkkür edirəm”.