Ötən gün "Fənərbağça"nın ulduzu Məsut Özil və həyat yoldaşı Amine Gülşe Çeşmedəki evlərindən birgə şəkil paylaşıblar.

Offsideplus.az "NTV"yə istinadən xəbər verir ki, cütlüyün taxdığı saatlar diqqət çəkib. Belə ki, 32 yaşlı yarımmüdafiəçinin "RM 65- 01 Automatic Split Seconds Chronograph" model saatı 8 milyon 250 min TL dəyərindədir.

Gülşenin "Richard Mille" model saatının dəyəri isə 1 milyon 250 min TL-dir. Həmin saat almaz və oniks daşıarı ilə bəzədilib.