Viktoriya Bonya "Sport-Ekspress" nəşrinə maraqlı müsahibə verib.
Offsideplus.az xəbər verir ki, tanınmış teleaparıcı bir çox maraqlı məqamların üstünü açıb. Xanım həmkarımız Neymarla dostluğundan söz açıb, həmçinin dünya futbol ulduzlarından biri olan Kilian Mbappe ilə öpüşdüyünü etiraf edib: "Neymarla əvvəlki kimi tez-tez danışmıram. Əvvəl Parisdə yaşayanda vaxtaşırı görüşürdük, indi isə... Mbappe ilə daim əlaqə saxlayıram. Bu yaxınlarda koronavirusa yoluxmuşdu, ondan əhvalını soruşdum, "hər şey yaxşıdır" yazdı. Hamımız işlə məşğuluq, dostlar Monakoya gələndə məni futbola dəvət edirlər (Bonya Monakoda yaşayır).
Bir dəfə özüm də bilmədən necəsə Mbappe ilə öpüşmüşdüm. O vaxt onun 17 yaşı vardı. O da azad idi, mən də, yəni heç birimiz münasibətdə deyildik. Açığı, 17 yaşı olduğunu bilməmişdim. Biləndən sonra özümə sual verdim, görəsən məni pedofilyaya görə həbs etməzlər ki? Ondan sonra yaxınlığımız olmadı. Bir dəfə öpüşdük, vəssalam".
Qeyd edək ki, 1979-ci il doğumlu Viktoriya Mbappedən 19 yaş böyükdür.