İtaliyalı tennisçi Qabriella Boncovanninin idmançı karyerası istədiyi kimi alınmadı.
Lakin xanım tennisçi buna görə narahat olmamalıdır. Çünki əlinə daha bir imkan düşüb, pulsuz qalmayacaq.
Offsideplus.az xəbər verir ki, Qabriella "Playboy Africa" jurnalı ilə əməkdaşlıq etməyə başlayıb. Və artıq yanvar ayındakı jurnalın üz qabığında yarıçılpaq fotosu yer alıb. Dörd dildə sərbəst danışan, ali təhsilli qız model biznesi ilə məşğul olur. "İnstaqram"dan qazanır, üstəlik, fotosesiyalar üçün müqavilələr bağlayır.
Qeyd edək ki, Qabriella 2014-17-ci illər aralığında tennislə peşəkar səviyyədə məşğul olaraq 8 görüş keçirib. Lakin bütün hallarda məğlub olub.
Sabiq raketka ustasının fotolarını təqdim edirik.