Rusiya millisinin və "Zenit"in futbolçusu Artyom Dzyubanın başı dərddən açılmır.

Bir müddət öncə intim videosu yayıldığına görə adı millisinin siyahısından çıxarılan forvard, çox keçmədən şantajla hədələnmişdi. İşbazlar videonun ümumiyyətlə silinməsi üçün ondan 5 milyon dollar tələb etmişdi. İndi isə oturduğu evin içində problem yaşayır.

5fa7c3cc85f5400f734b3911

Offsideplus.az dni.ru-ya istinadla xəbər verir ki, Artyomun Kristina adlı xanımı boşanma ərizəsi yazmağa hazırlaşır. Bu barədə adıçəkilən mənbəyə Kristinanın rəfiqəsi məlumat verib. O bildirib ki, futbolçunun xanımı yayılan videodan sonra biabır olub, adam içinə çıxa bilmir. Üstəlik, bu, Artyomun üstü açılan ilk "cinayət işi" deyil. Xanımı buna qədər də həyat yoldaşını xəyanət edərkən tutub.

Qeyd edək ki, cütlüyün birgə nigahdan Nikita və Maksim adlı iki övladı var.

 

4f413bc8163aaae13483c14859999576

 

Artem Dzyuba son Nikita