Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo məhkəmə qərarı çıxanadək qaldığı lüks oteldə modellərə qonaqlıqlar verir.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "sambaçı" evində qonaqlıqlar verərək ev həbsi şərtlərini pozub. Həmin qonaqlıqlarda modellərə hədiyyə və içkilər verildiyi bildirilir.

Qeyd edək ki, Mart ayında Ronaldinyo və qardaşı Roberto Assis saxta passportla Praqvaya girməyə çalışdıqları üçün həbs olunmuşdular. Həbsdə 32 gün keçirdikdən sonra Ronaldinyo sərbəst buraxılıb.

40 yaşlı sabiq oyunçu aprel ayından Asunsyon şəhərində yerləşən dörd ulduzlu “Palmaroqa” otelində qalır. Ronaldinyo avqustun 24-nə təyin edilmiş məhkəmə iclasının qərarınadək ev həbsində qalacaq.