"Latsio"nun ulduzu Ciro İmmobile İtaliya A Seriyasında mövsümü 36 qolla tamamlayaraq "qızıl buts" mükafatını qazanıb.

 Offsideplus.az xəbər verir ki, futbolçunun mükafatı həyat yoldaşı Cessika Melenanın kim olduğuna marağı artırarkən onun "İnstagram" hesabındakı izləyici sayının da artmasına səbəb olub.

Əvvəl də izləyicisi az olmayan Melena İmmobilenin mükafatı qazanmasından sonra bu baxımdan yüksək irəliləyişə nail olub. Onun hazırda izləyici sayı 1 milyona yaxındır.

3 uşaqları olan İmmobile və Melena cütlüyü xoşbəxt ailə paylaşımları ilə diqqət çəkirlər.