PSG-nin məşhur futbolçusu Marko Veratti sərxoş halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. 

Offsideplus.az xəbər verir ki, hadisə oktyabrın 30-dan 31-nə keçən gecə baş verib.İtaliyalı yarımmüdafiəçinin qanında olan spirtin səviyyəsinin normadan iki dəfə çox olduğu müəyyənləşib.

Gecəni polis bölməsində keçirən Verattinin sürücülük vəsiqəsi əlindən alınıb və bir müddət verilməyəcəyi bildirilib.