Madrid Real-ının almaniyalı futbolçusu Toni Kroos PSG-də davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, Fransa təmsilçisinin baş məşqçisi Tomas Tuhel klub rəhbərliyindən sözügedən yarımmüdafiəçinin alınmağını istəyib. PSG-nin yaxın günlərdə Real-la danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, T.Kroos 2014-cü ildə 25 milyon avroya Bayern Munchen-dən Real-a transfer olunub.