PSJ-nin futbolçusu Dani Alves Fransa Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Fransa mətbuatı xəbər yayıb. Braziliyalı müdafiəçi Fransa Liqasının son turunda “Lion”la oyunda görüşün baş hakimini təhqir etdiyi üçün bu cəzaya məruz qalıb.

Bununla da 34 yaşlı futbolçu Fransa Liqasında “Monpelye”, “Lill” və “Tuluza” ilə oyunları buraxmalı olacaq.