"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən biri olan Lion "Olimpik"i maliyyə problemləri səbəbindən diskvalifikasiya edilib.
Offisdeplus.az xəbər verir ki, Fransa futbolunun önəmli klublarından olan "Olimpik", borclarını ödəyib maliyyə vəziyyətini düzəldə bilməsə, cari mövsümün nəticələrindən asılı olmayaraq aşağı liqaya düşəcək.
Lion klubu həmçinin transfer yasağına məruz qalıb və bu qadağa, vəziyyətin həlli tamamlanana qədər davam edəcək.