Bildiyiniz kimi, Mbappe PSJ-ni Fransa Futbol Federasiyasına şikayət etmişdi.

Offsideplus.az xəbər verir ki, forvard Paris təmsilçisinin 55 milyon avro borclu olduğunu iddia edirdi. Fransa Futbol Federasiyasının hüquq komitəsi "Real"ın üzvünün xeyrinə qərar qəbul edib. Məlumatı "Le Parisien" nəşri yayıb.

Qurum PSJ-dən hücumçuya olan borcu ödəməsini tələb edib. Paris klubuna 8 gün vaxt verilib.