"Marsel" heyətini gücləndirib.

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi Pyer-Emil Hoyberq transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Danimarkalı yarımmüdafiəçi icarə əsasında "Marsel"də çıxış edəcək. Fransızlar 28 yaşlı futbolçunu transfer etmək istəsə, "Tottenhem" oyunçu üçün 13,5 milyon avro tələb edəcək.