Kilian Mbappedən sonra Fransa millisində daha iki futbolçu sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, Dayot Upakemano və Vilyam Saliba zədə səbəbindən məşq toplanışını buraxıb.
Daha öncə Kilian Mbappe Avstriyaya qarşı oyunda (1:0) burnunu sındırmışdı. Fransız forvardın pley-off oyunlarında komandaya qoşulacağı bildirilir.
Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 23:00-da Niderland - Fransa oyunu baş tutacaq.