PSJ-nin prezidenti Nasser Əl-Xelafinin Kilian Mbappeni komandada saxlamaq üçün dediyi sözlər bəlli olub.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi fransız forvarda bu sözləri deyib:
"Sən pulsuz komandanı tərk edib, ən böyük rəqiblərimizi gücləndirə bilməzsən";
"Keyn və Bellinqem kimi böyük futbolçular klublarını pula görə tərk etdilər";
"Super Liqa layihəsinə təkan verəcəksən".
Bu sözlərə rəğmən Mbappe "Real Madrid"ə transfer olunmaq qərarını dəyişməyib.