Kosta-Rika yığmasının qapıçısı Keylor Navas sosial şəbəkədə PSJ ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, qolkiper azarkeşlərə təşəkkür edib:

“Park des Princes"də keçirdiyimiz hər saniyə gözəl idi. Allaha şükürlər olsun ki, burada həmişə sevgi və dəstək hiss etmişəm. Bu inanılmaz stadionda bu klubun rənglərini qorumaq şərəf idi. Hələ nail olacağım məqsədlərim var, amma mənim evimə çevrilən klubla vidalaşmaq fürsətini əldən vermək istəmədim".