PSJ Uorren Zair-Emerinin müqaviləsini 2029-cu ilə qədər uzadıb.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı futbolçunun sazişinin müddətinin artırılması ilə bağlı məlumatı Paris təmsilçisinin baş məşqçisi Luis Enrike Liqa 1-də "Havr"la keçirəcəyi oyundan əvvəl keçirilən mətbuat konfransında verib:
"O, indiyə qədər gördüyüm ən ağıllı oyunçulardan biridir. Oyunçu ilə 5 illik yeni müqavilə imzalayacağıq”.