“Milan”ın və Fransa yığmasının sabiq futbolçusu Jan-Pyer Papin PSJ-nin çoxlu məşhur futbolçularının olduğunu, amma komanda ruhunun olmadığını deyib.

Offsideplus.az xəbər verir ki, futbolçu aşağıdakıları deyib:

“Əgər Mbappeni dayandırsan, daha asan olacaq, amma Kilian təbiətin gücüdür. Baxmayaraq ki, bəzi fransız komandaları və “Nyukasl” PSJ-ni dayandırdı. Bu, çoxlu məşhur oyunçuların olduğu böyük klubdur, amma adlar ruh vermir. Hələ ki, PSJ-də bu yoxdur”.