Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe komandadan ayrılması barədə qərarını hələ verməyib.
Offsideplus.az xəbər verir ki, o, Paris təmsilçisi yeni müqavilə bağlaya biləcəyini istisna etməyib.
Məlumata görə, Mbappe PSJ-də qalıb-qalmaması ilə bağlı son qərarı nə vaxt verəcəyini planlaşdırıb. İddia edilir ki, Fransa klubu Mbappe ilə razılığa gəlib. O, qalmağı düşündüyünü etiraf edib və ayrılacağı təqdirdə PSJ-nin transfer haqqı alacağına söz verib.
Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatlır.
Əlavə edək ki, onun Madrid "Real"ına keçəcəyi gözlənilirdi.