Fransanın PSJ klubu "Mançester Siti" klubunun futbolçusu Erlinq Haalandı transfer edə bilər.

Offsideplus.az "El Chiringuito"a istinadla xəbər verir ki, Paris təmsilçisi norveçli hücumçunu Mbappenin əvəzləyicisi kimi görür. 

 PSJ-nin əsas məqsədi Mbappe ilə müqaviləni yeniləməkdir. Əgər o, PSJ-dən ayrılsa, klub Haalandı transfer etməyə çalışacaq. Məlumata görə, PSJ Haalandın agenti ilə əlaqə saxlayaraq təklif irəli sürüb.

Qeyd edək ki, Mbappenin PSJ klubu ilə müqaviləsi gələn il başa çatır. Haalandın isə "Mançester Siti" ilə 2027-ci ilə qədər müqaviləsi var.