PSJ klubu komandadan ayrılacağı gözlənilən Kilian Mbappeyə əvəzləyici tapıb.

 Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi onu "Benfika"nın mərkəz hücumçusu Qonçalo Ramosla əvəzləyəcək.

Bu barədə məlumatı insayder Fabrisio Romano yayıb.

İnformasiyaya görə, PSJ 22 yaşlı forvard üçün 80 milyon avro ödəyəcək. Tərəflər arasında ilkin razılıq əldə olunub.

Qeyd edək ki, Mbappenin Madrid "Real"ına keçəcəyi gözlənilir.