Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunun mərkəz hücumçusu Randal Kolo Muani karyerasını Fransa çempionatında davam etdirə bilər.

 Offsideplus.az "Sky Sports Germany"ə istinadla xəbər verir ki, 24 yaşlı forvard PSJ-yə keçməyə yaxındır.

Məlumata görə, "Ayntraxt" rəhbərliyi onun Paris təmsilçisinə keçidinə icazə verib.

Futbolçu özü də PSJ-də oynamaq istəyir.