Keçən ay "Barselona"dan ayrılan Samuel Umtitinin yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, o, karyerasını "Lill"də (Fransa) davam etdirəcək. 29 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Umtiti əvvəllər Liqa 1-də "Lion"da çıxış edib. O, 2016-cı ildə "Barselona"ya keçib və bu ilin iyununda Kataloniya klubu ilə müqaviləyə xitam verib. Samuel son mövsümü icarə əsasında “Leççe”də keçirib və A seriyasının 25 oyununda iştirak edib.