PSJ-nin braziliyalı vingeri Neymar fikrini qətiləşdirib.
Offsideplus.az "Foot Mercato"ya istinadla xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir.
Belə ki, "sambaçı" "Mançester Yunayted"də oynamaq niyyətindədir.
Neymar, ona Səudiyyə Ərəbistanı klublarından təklif olmasına baxmayaraq, "Dumanlı Albion" yolunu tutmaq istəyir.
Qeyd edək ki, braziliyalının PSJ ilə 2025-ci ilədək müqaviləsi mövcuddur.