PSJ ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq olan Kylian Mbappe və Erlinq Haland Madrid "Real"ında komanda yoldaşı ola bilər.

Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, "kral klubu"nun 2024-cü il üçün böyük transfer əməliyyatı planlaşdırır. Plan Mbappe və Halandı transfer etməkdir. Bildirilir ki, Halandın transferi Mbappeyə nisbətən daha realdır. Mbappe isə La Liqa təmsilçisinə gəlməyi seçərsə, PSJ-dəki qədər məvacib almayacaq.

Məlumata görə, "Real" rəhbərliyi klubun hazırki oyunundan razı deyil.