"Roma" klubunun baş məşqçisi Joze Mourinyo iş yerini dəyişə bilər.
Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, 60 yaşlı portuqaliyalı mütəxəssis Fransa PSJ-sini çalışdıra bilər.
Məlumata görə, Paris təmsilçisinin rəhbərliyi Mourinyo ilə danışıqlara başlayıb.
"Roma"nı Konfrans Liqasının finalıça çıxaran təcrübəli mütəxəssis titul qazansa belə, PSJ-yə keçə bilər.