PSJ-nin futbolçusu Marko Veratti yayda komandadan ayrıla bilər.

 Offsideplus.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi artıq Paris təmsilçisinin layihəsində toxunulmaz deyil. Bu barədə jurnalist Nikolo Skira "tvitter"də məlumat verib. 29 yaşlı futbolçunun yay transfer pəncərəsində klubdan ayrılacağı gözlənilir.

Qeyd edək ki, Marko Veratti 2012-ci ildən PSJ-də çıxış edir. O, cari mövsüm Fransa nəhənginin heyətində 35 oyun keçirib və 1 qol ötürməsi verib.

Fəqan İbrahimli