Leo Messi ilə işləri yolunda getməyən PSJ Neymarla da yollarını ayıra bilər. 

Offsideplus.az "Sport"a istinadən xəbər verir ki, Paris təmsilçisi braziliyalı hücumçunu "Mançester Siti"nin futbolçusu Bernardo Silva ilə dəyişmək istəyir. Klub rəhbərliyi 2023-24 mövsümü üçün Neymarın xidmətində maraqlı deyil. 

"Mançester Siti" razılıq versə, transfer mübadiləsi baş tutacaq.

Qeyd edək ki, Neymar cari mövsüm 29 oyuna çıxıb, 18 qol və 17 assistə imza atıb.