PSJ-nin baş məşqçisi Kristof Qaltye Leo Messi ilə bağlı açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanına icazəsiz səfərə görə Paris təmsilçisi argentinalı ulduzu cəzalandırıb. Qaltye bu barədə ünvanlanan suala belə cavab verib:

"Messinin cəzalandırılması qərarı ilə bağlı bu həftənin əvvəlindən klubdan mənə məlumat veriblər. Lakin bu məsələ ilə bağlı bir fikir bildirmək istəmirəm".

Qeyd edək ki, Leo Messi klub tərəfindən 2 həftə yaşıl meydanlardan uzaqlaşdırılıb.