PSJ-nin ulduzu Neymar dünən instaqramda bir videonu bəyənib.

Offsideplus.az xəbər verir ki, PSJ klub rəhbərliyinin tənqid olunduğu videoda səslənən bəzi ifadələri təqdim edirik:

"Bu PSJ komandası son illərin ən bərbadıdır. Niyə? Çünki komandanı çox dəyişdirdilər. Azarkeşlərin münasibəti bəsitdir. Klub rəhbərliyinin münasibəti bəsitdir. Azarkeşlər qorxunc rəhbərliyə baş qaldırmaq əvəzinə Neymar və Messiyə etiraz edir".

Qeyd edək ki, daha öncə tərəfdarlar Neymarın evinin önünə toplaşıb, onun komandadan getməsini tələb ediblər.