2019-cu ildə "Çelsi"dən Madrid "Real"ına böyük ümidlərlə transfer edilən Eden Hazard etimadı doğrulda bilmir.
Offsideplus.az xəbər verir ki, tez-tez zədələnərək yaşıl meydanlardan kənarda qalan belçikalı vinger artıq "kral klubundan" ayrılır. Onun yeni iş yeri də müəyyənləşib.
Fransa mətbuatında yayılan məlumatlara görə, 32 yaşlı Hazard sözügedən ölkənin "Lans" klubu ilə anlaşıb. Onun yayda bu komandaya keçəcəyi gözlənilir.
Qeyd edək ki, onun "Fənərbağça"ya transfer olunacağı gözlənilirdi.
Əlavə edək ki, bu mövsüm Madrid təmsilçisinin heyətində cəmi 9 oyuna çıxan belçikalı 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.