PSJ-nin müdafiəçisi Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Əl Hilal" klubu ispan futbolçunun mümkün transferi ilə bağlı danışıqlar aparır. Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.

Qeyd edək ki, Ramosun klubla sözləşməsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Tərəflər arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunmayıb.