"Nant"ın futbolçusu Jauen Hadjam matç günü orucunu pozmaqdan imtina etdiyi üçün heyətdən kənarlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Antuan Kombuare Əlcəzayir millisinin üzvü ilə bağlı bu sözləri deyib:
"Hadjamla bir problem yoxdur. Ramazanını bitirəndə komandaya geri qayıdacaq. Bir mübahisə yoxdur, bu, sanksiya deyil. Mən baş məşqçiyəm, həyatın öz qanunları var. Buna hörmət etməyənlər, seçilməyəcək".