Kərim Benzema Fransa Futbol Federasiyanın dəvətinə rədd cavabı verib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb. Federasiyanın milli karyerasını başa vuran futbolçular üçün təşkil etdiyi tədbirə dəvət olunan və getməkdən imtina edən Kərim Benzema belə cavab göndərib:
"Hazırda məşğuldur".
Qeyd edək ki, daha öncə DÇ-2022 ərəfəsində zədələnən Benzema millinin düşərgəsini tərk etmiş və qayıtmamışdı.