PSJ klubunun ulduz futbolçusu Neymar topuğundakı zədə səbəbindən əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçunun bu gün səhər saatlarında Dohada əməliyyat olunduğunu bildirib. Əməliyyat çox yaxşı keçib.

Daha əvvəl Neymarın 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, 31 yaşlı oyunçu üçün bu mövsüm erkən başa çatıb.