“Roma”nın baş məşqçisi Joze Mourinyo PSJ-ni çalışdıra bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.
Xəbərə görə, Paris təmsilçisinin idman direktoru Luis Kampos 60 yaşlı mütəxəssislə danışıqlar aparıb.
Qeyd edək ki, Mourinyo 2021-ci ildən “Roma"nın "sükanı arxasında"dır. Portuqaliyalı çalışdırıcının İtaliya klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır.