Zinədin Zidanın DÇ-2022-nin finalında Argentinaya məğlub olan Fransa millisinin baş məşqçisi Didye Deşamı əvəzləyəcəyi gözlənilirdi.
Offsideplus.az xəbər verir ki, Fransa Futbol Federasiyasının prezidenti Noel le Qra yayılan şayiələrə son qoyub. 80 yaşlı funksioner Didye Deşamın gələcəyi və Zinədin Zidanın Fransa millisini çalışdıramaq ehtimalı barədə bu sözləri deyib:
"Didyenin gedəcəyini düşünməmişəm. Bəzi jurnalistlər istəyirlər ki, dəyişiklik olsun. Lakin bunlar mənə qətiyyən təsir etmir. Didye yaxşı iş gördü, seçim etmək ona qalıb və düşünürəm ki, razılığa gələcəyik".
Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının finalında Fransaya qalib gələn Argentina millisi 3 qat dünya çempionu olub.