Madrid “Real”ının hücumçusu Kərim Benzemanın “Qızıl top”u qazanması onun sabiq klubu “Lion” üçün də faydalı olub.

Offsideplus.az xəbər verir ki, buna səbəb Fransa klubunun 2009-cu ildə onu Madrid təmsilçisinə satarkən müqaviləyə əlavə etdiyi bənddir.

Həmin vaxt klublar arasındakı anlaşmaya əsasən Benzema “Qızıl top”u qazanarsa, "Real" “Lion”a 1 milyon avro ödəməlidir. "Real" artıq müqavilənin şərtinə əməl edib. Beləliklə, Benzemanın "Qızıl top" mükafatına layiq görülməsi 13 ildən sonra "Liona"a 1 milyon avro qazandırıb.

Qeyd edək ki, "Lion"un yetirməsi olan Benzema 2004-2009-cu ildə Fransa klubunun əsas komandasında çıxış edib.