Ötən gün Fransa Liqa 1-də 6-cı turun görüşləri keçirilib.

 Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutub. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant" öz meydanında PSJ-ni qəbul edib. Görüş Paris təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb (0:3). "Lion" öz meydanında inamlı qələbə qazanıbsa (5:0), "Marsel" isə səfərdə turu qalibiyyətlə baş vurub (0:2).

Qeyd edək ki, hazırda turnir cədvəlinin ilk pilləsində 16 xalla PSJ yer alıb. Eyni xala malik "Marsel" isə əlavə göstəricilərdə geri qaldığı üçün 2-ci pillədə qərarlaşıb.  İlk "üçlüyü" isə 13 xalla  "Lion" tamamlayır. 

 "Nant" isə 10-cu (6 xalla) pillədə yer alıb. 

Fransa

Liqa 1, 6-cı tur

"Nant" - PSJ - 0:3

 Qollar: Mbappe, 18, 54, Mendeş, 68

"Lion" - "Anje" - 5:0

Qollar: Ekambi, 31, 59, Lakazett, 38, Lukeba, 62, Dembele, 88

"Oser" - "Marsel" - 0:2

Qollar: Gerson, 8, A.Sançes, 84