"Roma"nın futbolçusu Cordan Veretu karyerasını Fransada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Olimpik "Marsel"i ilə anlaşıb. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Fransa təmsilçisi Veretu üçün 15 milyon avro ödəyəcək. Yaxın günlərdə müqavilənin imzalanması və futbolçunun tibbi müayinədən keçməsi gözlənilir.
Qeyd edək ki, Veretu 2020-ci ildən "Roma"nın formasını geyinir.