PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino argentinalı ulduz Lionel Messi ilə eyni komandada işləməkdən danışıb.
Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, çalışdırıcı 35 yaşlı oyunçunu dünyanın ən yaxşı futbolçusu adlandırıb:
“Messinin PSJ-yə keçməsi xəbəri xoş sürpriz olmuşdu. Onu yaxından görmüşəm, birlikdə işləmişik. Maradonanı gördüm, Messini gördüm, onunla bir il vaxt keçirdim. Təbii ki, bəxtim gətirib. Futbolu sevən hər kəs üçün ən yaxşılarla işləmək fürsəti bir nemətdir”.